|
Cümə; Yanvar 3, 2003
Leyli Məcnundan sözlər
Hər zərreye zahirin zühuri
Bir özgəyə bağlıdır zəruri
Cəhdilə çıxır cəvahiri pak
fikr etmə ki yoxdu əhli
idrak
Məktəbdə onunla oldu həmdəm
Bir neçə mələk misali gül
həm
Bir səf qız oturdu bir səf
oğlan
Cəm'
oldu behiştə huri qılman
Oğlanlara qızlar olsalar yar
Eşqə bürünür rəvaqi bazar
Qız nərgizi məstidir
füsunsaz
Oğlana satanda işvə bir naz
Oğlan necə səbri pişə qılsın
Vər səbri həm olsa nicə
qılsın
Ol qızlar içində bir pərizad
Qeysilə məhəbbət etdi bünyad
Bir türfə sənəm ki əğli
kamil
Gördükdə onu olurdu zayil
Şəhbaz baxışlı ahu gözlü
Şirin hərəkətli şəhd sözlü
Rahi rəvişi müdam qəmzə
Başdan ayağa təmam qəmzə
Ayrıca şəkilli xoşca pekər
Yaxşıca sənəm gözəlcə dilbər
Aləm səri muyinin tüfeyli
Məhbubeyi aləm adı Leyli
Qeys onu görüb həlak oldu
Min şövqilə dərdnak oldu
Ol nadirə həmki Qeysi gördü
Min zövq vurub özün yetirdi
Gördü ki bir afəti zəmanə
Misli dəxi gəlməmiş cəhanə
Bir dilbəri sərv qəddi gülru
Sərvi xoşu gülruxu səmənbu
Şəhla gözü nərgizi pür əfsun
Ziba qaşı nərgiz
üzrəki nun
Zülfü sözü zikri həlqeyi raz
Lə'li
ləbi abi çeşmeyi naz
Bir gözgüyə gər açıb gözünü
Gözgüdə göreydi öz üzünü
Öz arizinə olurdu meyli
Qılmazdı həvayi hüsnü Leyli
Hər kim sorar olsa Qeysə bir
raz
Leylidən ona yetərki avaz
Kim Leyliyə qılsa bir xitabi
Qeysidi veerən ona cəvabi
Leylidə oxumaq iztirabi
Olsa ruxi Qeysidi kitabi
Çün bir neçə müddət ol iki
pak
Ovqat keçirdilər tərəbnak
Eşq olduğu terdə məst qalmaz
Eşq içrə olan qərar qılmaz
Qalmadı zəbanə tabi güftar
Kim eyliyələr məhəbbət izhar
Eylərdi gözüylə o xitabi
Qaşıyla verərdi o cəvabi
Aşiqlərə gizli qalmadı hal
Mə'lum
olundu cəm'i
əhval
|