|
Cümə; Mart 21, 2003
Novruz yeli əsdi gülüzarım təzələndi
Şadlıq gətirən xəlqə baharım
təzələndi
Hər il bu günü bayram edir
milləti Azər
Tarixlərə səbt oldu vüqarım
təzələndi
Gülşəndə açır güllər elə
bağlanı xoşhal
Eşq əhlinə xoş nəğməli tarım
təzələndi
Ellər geyinər fəxri libasın
belə gündə
Həfsin düzülər nəxşi nigarım
təzələndi
Qızlar düzülüb balqumaşa
işvə naz eylər
Sevgi sevən oğlan diyə yarım
təzələndi
"Vahid" yazacaq məmləkətə
millətə təbrik
İl döndü fələk döndü diyarım
təzələndi
Əliağa Vahid
Novruz bayramını hamınıza
ürəkdən təbrik edib yeni ildə sizə can sağlığı və ən şən və
uğurlu günlər diləyirəm. Sağ qalən, şənliklə yaşayın!
|