|
Bazarertəsi; May
5, 2003
Bu
Dalanda
Ağzını qoxulayırlar
yoxsa sevirəm demiş olarsan.
Könlünü qoxulayırlar
şaşqın ruzigardır, gözəlim
Və sevgini
yol-bağlayan dirəyin yanında
qamçılayırlar.
Sevgini evin dalda-bucağında gizlətmək gərək
Bu soyuq əyri-buruq dalanda
odu
mahnı və şe`r odunuyla
alışdırırlar.
Düşünməklə, təhlükəyə
girişmə.
Şaşqın ruzigardır, gözəlim
Gecənin son çağında qapını
döyən
çırağı öldürməyə gəlib.
İşığı evin dalda-bucağında gizlətmək gərək
Qəssablardır, indi
keçidlərdə yerləşmiş
qanlı kötük və nacaqla
şaşqın ruzigardır, gözəlim
və gülüşü dodaqlarda
cərrahlayırlar
və mahnını ağızda.
Coşqunluğu evin dalda-bucağında gizlətmək gərək
Sarı bülbül kababı
inciçiçəyi və yasın odu üzrə
şaşqın ruzigardır, gözəlim
Qalib İblis, sərxoşca
bizim matəmə şənlik süfrəsi
açıb
Tanrını evin dalda-bucağında gizlətmək gərək
|