|
Çərşənbəaxşamı; Noyabr 26,
2002
"Azərbaycan" sözü haqda nəzərlər
İranda
təhsil alsanızsa, yəqin tarix dərsliklərində Azərbaycan sözü
haqda olan nəzəri xatırlayırsız: "Aturpatkan adlı hakimin
adından alınıb bu söz" yazılır. Ancaq Azərbaycan sözünün kökü
barədə 2 başqa nəzəriyyədə mövcüddür:
1. Bir para
tarixçilər -xüsüsiylə İslam dövrünün tarixçiləri- bu sözü
Azərbaycanda olan "od evləri" və od sözüylə əlaqədar bilirlər. o
cümlədən "Təbəri" yazır: "Orda -Azərbaycanda- əcəm od evləri
varmış və əcəm Pəhləvi dilində oda azər deyər, ona görə oraya
Azərbaygan deyirlər ki əslində orada əcəm odları varmış və
onları pərəstiş edərmişlər.
2."Seyidov",
görkəmli türk filologu, Azərbaygan sözünü ki sonralar
Azərbaycana çevirilib belə mə'na
edir:
Az:
sözdə uğur və xeyr niyyət deməkdir; bir türk elinin adıda olur.
ər:
kökü türk dilindədir; insan, kişi və qoçaq mə'nasınadır.
Bir şəkilçi kimi başqa sözlərə yapışıb onları türk ellərinin
adına çevirir, örnək üçün: Avar, Xəzər, Macar, Qacar.
bay:
bəy, beyk, beyg, bəg. Varlı, elbaşı, hakim və ... deməkdir.
gan:
türk dillərində çoxlu mə'nalar
daşıyır, o cümlədən ata, xaqan və ...
Azər:
Seyidovun dediyinə görə mübarək həmdə al boyalı mə'nasındadır.
Deyəsən bu kəlmənin vasitəsiylə günəşi
çağırarmışlar, çünkü günəş yaradan, mübarək və hərəkət
bağışlayan sayılırmış. Azər xoşbaxtlıq və xeyrxahlıq
tanrısınında adıymış.
İndi isə
Seyidovun nəzərinə görə Azərbaygan "Az insanının varlı atası" və
başqa sözlə "Varlı mübarək ata" deməkdir.
Deməliyik ki
Seyidovun nəzəriyyəsi türk tədqiqatçılar və yazıçılarının
əksəriyyəti tərəfindən qəbul olunur.
Həyatızda ən
uğurlu günlər diləyirəm.
|