About This Site (in English)

sonməzodlar

Download Font

Bazarertəsi; May 5, 2003

 

Bu Dalanda

 

Ağzını qoxulayırlar

yoxsa sevirəm demiş olarsan.

Könlünü qoxulayırlar

                                            şaşqın ruzigardır, gözəlim

 

Və sevgini

yol-bağlayan dirəyin yanında

qamçılayırlar.

                              Sevgini evin dalda-bucağında gizlətmək gərək

 

Bu soyuq əyri-buruq dalanda

odu

        mahnı və şe`r odunuyla

                                                        alışdırırlar.

Düşünməklə, təhlükəyə girişmə.

                                                               Şaşqın ruzigardır, gözəlim

 

Gecənin son çağında qapını döyən

çırağı öldürməyə gəlib.

                                              İşığı evin dalda-bucağında gizlətmək gərək

 

Qəssablardır, indi

keçidlərdə yerləşmiş

qanlı kötük və nacaqla

                                             şaşqın ruzigardır, gözəlim

və gülüşü dodaqlarda cərrahlayırlar

və mahnını ağızda.

                                       Coşqunluğu evin dalda-bucağında gizlətmək gərək

 

Sarı bülbül kababı

inciçiçəyi və yasın odu üzrə

                                                       şaşqın ruzigardır, gözəlim

Qalib İblis, sərxoşca

bizim matəmə şənlik süfrəsi açıb

                                                                   Tanrını evin dalda-bucağında gizlətmək gərək

 

ƏHMƏD ŞAMLU-dan bir tərcümə

 

Yanar Azərli  4:00

 

Cümə; Mart 21, 2003

 

Novruz yeli əsdi gülüzarım təzələndi

Şadlıq gətirən xəlqə baharım təzələndi

Hər il bu günü bayram edir milləti Azər

Tarixlərə səbt oldu vüqarım təzələndi

Gülşəndə açır güllər elə bağlanı xoşhal

Eşq əhlinə xoş nəğməli tarım təzələndi

Ellər geyinər fəxri libasın belə gündə

Həfsin düzülər nəxşi nigarım təzələndi

Qızlar düzülüb balqumaşa işvə naz eylər

Sevgi sevən oğlan diyə yarım təzələndi

"Vahid" yazacaq məmləkətə millətə təbrik

İl döndü fələk döndü diyarım təzələndi

 

                                                                                        Əliağa Vahid

 

Novruz bayramını hamınıza ürəkdən təbrik edib yeni ildə sizə can sağlığı və ən şən və uğurlu günlər diləyirəm. Sağ qalən, şənliklə yaşayın!

 

Yanar Azərli  3:23

 

Çərşənbəaxşamı; Mart 11, 2003

 

Getmə Yaşar!

Yuxularını əsirgəmə bizdən

 

Getmə Yaşar!

Təbrizin küçələri darıxacaq sənsiz

Yuxularınla yaşayanların könlüdə.

 

Getmə Yaşar!

Qurbətdə yaşamaq çətindir, bilirəm

Ancaq qurbət təkcə sənin deyil

Qaranlıq vətəndə yaşayanlarda qəribdir, bilirsən?

 

Getmə Yaşar!

Qoyma qaranlıq ruhuna çöksün

Qoyma sönsün könlündəki odlar

 

Getmə Yaşar!

Gedirsənsə, yuxularını aparma barı...

 

G

   E

      T

        M

           Ə

               !...

 

Yanar Azərli  4:00

 

Cüməaxşamı; Mart 6, 2003

 

Unudmuşam

sevincin boyasın

günəşin dadın

səhərin qoxusun

Yadımda qalan

yalnız

ölümün qaralığı, acılığıdır!

Daha ağlamaqda söndürmür

ürəyimdəki alovları...

 

Yanar Azərli  2:13

 

Çərşənbəaxşamı; Fevral 20, 2003

 

Danışmaqdan

böyük suç yoxmuş burda

İşıqları söndürürlər bir bir

Yuxularınıda axtarırlar

yoxsa bir şam gizlətmiş olarsan

Öləcək günəş

həbs olduğu quyuda

Ağlamaq istir könlüm

Ay...........

Səhər,

            səhər,

                        səhər

Açılmayacaqsanmı?

 

Yanar Azərli  3:00

 

Cümə; Yanvar 3, 2003

 

Leyli Məcnundan sözlər

 

Hər zərreye zahirin zühuri

Bir özgəyə bağlıdır zəruri

Cəhdilə çıxır cəvahiri pak

fikr etmə ki yoxdu əhli idrak

Məktəbdə onunla oldu həmdəm

Bir neçə mələk misali gül həm

Bir səf qız oturdu bir səf oğlan

Cəm' oldu behiştə huri qılman

Oğlanlara qızlar olsalar yar

Eşqə bürünür rəvaqi bazar

Qız nərgizi məstidir füsunsaz

Oğlana satanda işvə bir naz

Oğlan necə səbri pişə qılsın

Vər səbri həm olsa nicə qılsın

Ol qızlar içində bir pərizad

Qeysilə məhəbbət etdi bünyad

Bir türfə sənəm ki əğli kamil

Gördükdə onu olurdu zayil

Şəhbaz baxışlı ahu gözlü

Şirin hərəkətli şəhd sözlü

Rahi rəvişi müdam qəmzə

Başdan ayağa təmam qəmzə

Ayrıca şəkilli xoşca pekər

Yaxşıca sənəm gözəlcə dilbər

Aləm səri muyinin tüfeyli

Məhbubeyi aləm adı Leyli

Qeys onu görüb həlak oldu

Min şövqilə dərdnak oldu

Ol nadirə həmki Qeysi gördü

Min zövq vurub özün yetirdi

Gördü ki bir afəti zəmanə

Misli dəxi gəlməmiş cəhanə

Bir dilbəri sərv qəddi gülru

Sərvi xoşu gülruxu səmənbu

Şəhla gözü nərgizi pür əfsun

Ziba  qaşı nərgiz üzrəki nun

Zülfü sözü zikri həlqeyi raz

'li ləbi abi çeşmeyi naz

Bir gözgüyə gər açıb gözünü

Gözgüdə göreydi öz üzünü

Öz arizinə olurdu meyli

Qılmazdı həvayi hüsnü Leyli

Hər kim sorar olsa Qeysə bir raz

Leylidən ona yetərki avaz

Kim Leyliyə qılsa bir xitabi

Qeysidi veerən ona cəvabi

Leylidə oxumaq iztirabi

Olsa ruxi Qeysidi kitabi

Çün bir neçə müddət ol iki pak

Ovqat keçirdilər tərəbnak

Eşq olduğu terdə məst qalmaz

Eşq içrə olan qərar qılmaz

Qalmadı zəbanə tabi güftar

Kim eyliyələr məhəbbət izhar

Eylərdi gözüylə o xitabi

Qaşıyla verərdi o cəvabi

Aşiqlərə gizli qalmadı hal

'lum olundu cəm'i əhval

 

Molla Mohəmməh Füzuli

 

Yanar Azərli  22:03

 

Bazar; Dekabr 30, 2002

 

...

 

Ətrin doldurub evi

Miz üstəki şamları yandırıbsan yenə

Gülləridə sən alıbsan yəqin.

QAYIDIBSAN!

Səsləyirəm adını

Boğazıma yığılan gücün bütövlügilə...

Gözlərim açılır

"Yenəki bağırırsan yuxuda"

anam deyir.

Ah

Yuxularımda yaşaya bilsəydim!

 

Yanar Azərli  23:55

 

Bazaraxşamı; Dekabr 21, 2002

 

ÇEMPİONUN ANASI FARSCA BİLMİR


Güney Azərbaycanın Urmiya şəhərində türk və fars dillərində çıxan "Nəvide-Azərbaycan" qəzetinin 270-ci sayındakı "Alo, Nəvid" köşəsində ənənəvi olaraq oxucuların istək və arzuları çap olunur. Bu sayda da qəzet öz ənənəsinə sadiq qalıb.
Tehran şəhərindən Yaşar adlı oxucu qəzetə bildirib: "Təəssüflər olsun ki, bu gün Azərbaycan mədəniyyətinin tanıdılması çətinləşib. Neçə minillik Azərbaycan mədəniyyəti bilərək və ya bilməyərəkdən unudulub. Bu yöndə televiziya və radio şirkəti çox böyük rol oynayır". Oxucu ağırlıqqaldırma üzrə builki dünya çempionu Hüseyn Rzazadədən götürülmüş televiziya müsahibəsinə işarə edərək deyir: "Televiziyada müxbir ondan öz həmyerlilərini türkcə salamlamasını istədi. Bunu eşidəndə sevincdən göz yaşı axıtdım".
                                                                                                   Ardı...

 

Yanar Azərli  22:35

   

© Bu səhifədə olanlar bütövlüklə "Copyright" qanununa mə'ruzdur.

Bu səhifədə olanlardan başqa yerlərdə faydalanmaq, yazıçının adı, "web address"i yaxud "email address"ini yazmaq şərtilə mane'sizdir.

 

Ana Səhifə

Mənim Haqqımda

Sevdiklərim

Azərbaycan Türkcəsi

İlk 10 Mahnılar

Son Xəbərlər

Əks Əlaqə

Arxiv

 

 

 

 

 

 

 

 

 

 

 

English to Azeri Dictionary:


 

 

 

 

 

TÜRKÜN SÖZÜ